KANAL24.AZ
Az Iw En Ru

Aralıq dənizində növbəti miqrant faciəsi: - 400 mühacir boğularaq öldü

Aralıq dənizində növbəti dəfə mühacir faciəsi baş verib.

Bu dəfə Avropaya üz tutan 400-dən çox miqrant Aralıq dənizi sularında boğularaq ölüb.

Bildirilir ki, Misirin İsgəndəriyyə limanından İtaliyaya üz tutan 4 qayıq Afrika sahillərində batıb. Həddən artıq yüklənmiş qayıqlarda ölənlərin əksəriyyəti Somali, Efiopiya və Eritreya vətəndaşlarıdır. Xilasedicilər yalnız 29 qaçqını xilas edə bilib. Qeyd edək ki, dəniz yoluyla Avropaya üz tutan mühacirlərin boğulmasıyla bağlı kifayət qədər hadisələr yaşanıb.

Bununla belə, Afrika və Yaxın Şərq sakinləri köhnə qitəyə üz tutmaqda israrlıdır. Rəsmi məlumatlara görə, ötən il 704 min mühacir Aralıq dənizi yoluyla Avropaya üz tutub.

Onlardan 3771 nəfəri bədbəxt hadisələr nəticəsində boğularaq ölüb

 

02:50 19.04.2016
Xəbər lenti
Bütün xəbərlər