KANAL24.AZ
Az Iw En Ru

Çexiya növbəti etiraz çıxışına hazırlaşır

Çexiyanın baş naziri Boquslav Sobotka miqrantların daimi əsasda qəbul edilməsinə kvotalar tətbiq olunacağı halda onun ölkəsinin bu barədə şikayət verməsini istisna etmir. Sobotka ümid edir ki, Çexiya başqa dövlətlərlə əməkdaşlıq şəraitində daimi qüvvədə olan kvotalar tətbiq edilməsinə mane ola biləcək. Baş nazir bu barədə “Prima” telekanalında yayımlanan diskussiya xarakterli “Partie” verilişində məlumat verib.

Sobotka onu da qeyd edib ki, əgər daimi kvotalar tətbiq edilməsini əngəlləmək mümkün olmasa, hadisələrin sonrakı gedişinin mümkün variantlarından heç birini istisna etmir. Çexiya hökuməti Aİ Şurasının keçən ilki qərarından Macarıstan və Slovakiyanın verdiyi şikayətə qoşulmaqdan imtina edib. Müxalifətçi Vətəndaş Demokratlar Partiyasının sədri Pyotr Fiala Çexiyanın həmin şikayətə qoşulması üçün bir daha baş nazirə müraciət edib.

Avropa Komissiyası sığınacaq verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı mövcud qaydalara dəyişikliklərin layihəsini yaya qədər təqdim etməlidir.


21:12 18.04.2016