KANAL24.AZ
Az Iw En Ru

“Yeni Yurd” təşkilatı sağlamlıq imkanları məhdud gənclərə ehsan süfrəsi açdı

Kanal24.az xəbər verir ki, noyabrın 20-də Ramanı qəsəbəsində yerləşən “Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi"ndə “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbiri birliyin sədri, Hacı xanım Mahirə Əsədova açaraq dövlətimizin fiziki məhdudiyyətli insanlara göstərdiyi diqqət və qayğıdan danışıb.

Mahirə Əsədova rəhbərlik etdiyi təşkilatın son dövrdəki fəaliyyətindən söz açaraq deyib ki, təşkilat qarşısında duran prioritet məsələlərindən biri xeyriyyə tədbirlərinin keçirilməsidir. O, cari ilin mayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakıdakı “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelin ədəbi-bədii gecə keçirdiklərini, tədbirə dəvət olunan Türkiyəli qonaqların Quba Soyqırımı Məzarlığı ziyarətinin təşkil olunduğunu, həmin qonaqlarla birgə eyni zamanda, Ağdam bölgəsindəki hərbi hissələrdən birinin şəxsi heyətilə görüşdüklərini diqqətə çatdırıb.

Tədbirdə ”Yeni Yurd” İctimai Birliyinin İcraçı direktoru Şamil Sabiroğlu çıxış edərək sağlamlıq imkanları məhdud olan gənclərlə görüşdən məmnunluğunu ifadə edib. Ş. Sabiroğlu bu tip tədbirlərin keçirilməsinin təşkilatın fiziki məhdudiyyətli insanlara göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndirib.

Xeyriyyə tədbirində çıxış edən digər şəxslər fiziki məhdudiyyətli insanlara qayğı ilə yanaşan  “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədovaya dərin təşəkkürlərini bildiriblər.

Daha sonra isə fiziki məhdudiyyətli gənclər təşkilatın hazırladığı ehsan süfrəsinin qonağı olublar.

Tədbirin sonunda tanınmış müğənni Samir Salamın ifasında dini mahnılar səsləndirilib.


07:33 21.11.2014