KANAL24.AZ
Az Iw En Ru

AMEA-da Bakının işğaldan azad olunduğu gün qeyd edildi

Bu günlərdə "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin dəvəti ilə Türkiyədən Bakıya gələn nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasında görüş keçirib. Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli ilə keçirilən görüşdə mühüm məsələlər ətrafında müzakirələr aparılıb. Daha sonra akademiyanın inzibati binasının konfrans zalında Bakının bolşevik işğalından azad olunmasına həsr olunan tədbir reallaşdırılıb. Tədbirdə alimlər, elm xadimləri, Türkiyədən gələn qonaqlar, "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin üzvləri, jurnalistlər və digər şəxslər iştirak ediblər.


17:15 02.10.2014