KANAL24.AZ
Az Iw En Ru

Bayram Kürdəxanılıya hökm oxundu

Sabunçu Rayon Məhkəməsində həbsdə olan meyxanaçı Bayramqulu Quliyevin (Bayram Kürdəxanılı) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Noyabrın 14-də B. Kürdəxanılıya hökm oxunub. Hökmə əsasən, o, 1 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib. (APA)


21:05 20.11.2014