KANAL24.AZ
Az Iw En Ru

"Yeni Yurd" üzvləri şəhid ailəsi ilə görüşdü

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Hacıqəbul rayonunun qeyrətli övladları da iştirak edib. Qazıməmmədin, Cəyirli məhəlləsində bir ailədən 2 nəfər, ata-oğul da könüllü olaraq ön xəttə yola düşüb. Ata-Əbülfəz Həşimov və ailənin yeganə oğlu Allahverdi Baxışlı erməni terrorçuları və onların havadarları ilə savaşda şəhid olublar.

"Yeni Yurd" Sosial İnkişaf İctimai birliyinin sədri, Mahirə xanım Əsədovanın təşəbbüsü və təşkilatçılığı ilə təşkilat üzvləri aprelin 12-də həmin ailəyə baş çəkiblər. Əbülfəz bəyin ömür-gün yoldaşı Solmaz xanım, və onun qardaşı Səmid Ələkbərovla həmsöhbət olublar.

Görüş ərəfəsində Mahirə xanım Əsədova Azərbaycanın güclü orduya sahib olmasını diqqətə çatdırıb. Təşkilat sədri bildirib ki, bir gün gələcək üç rəngli bayrağımız işğal olunmuş torpaqlarımızda dalğalanacaq.

Daha sonra Mahirə Əsədova şəhid anasının evinin əsaslı təmirini öhdəsinə götürdüyünü deyib. Hər iki şəhid haqqında sənədli film çəkilməsi üçün işlərin görüləcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, Baxışlı ailəsinin yeganə qız övladı, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində magistrdır.

 


21:10 13.04.2016