KANAL24.AZ
Az Iw En Ru

Aprelin 7-də axşam bəzi yerlərdə yağış yağacaq

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 13-18° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Gecə 1-6° isti, gündüz 18-23° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam ayrı-ayrı yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacağı, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti təşkil edəcək.


21:53 06.04.2016