KANAL24.AZ
Az Iw En Ru

Putin yeni qoşun - yaradır

Rusiya prezidenti Vladimir Putin  əlaqədar qurumlara yeni qoşun növünün yaradılması barədə göstəriş verib. 

ATV.az xarici mətbuata istinadən bildirir ki, terror və mütəşəkkil cinayətlərlə mübarizə məqsədilə milli qvardiyanın yaradılmasını istəyən Kreml rəhbəri yeni federal qoşun növünün daxili işlər nazirliyinin nəzdində fəaliyyət göstərəcəyini açıqlayıb. Daxili işlər naziri Viktor Kolokoltsev, narkotiklə mübarizə agentliyinin rəhbəri Viktor İvanov  daxili qoşunların komandanı Viktor Zolotovla məsələni müzakirə edən Putin Milli Qvardiyanın " çevik polis alayı və digər hüquq-mühafizə birliklərinin" funksiyalarını yerinə yetirəcəyini bəyan edib. 


04:16 06.04.2016
Xəbər lenti
Bütün xəbərlər