KANAL24.AZ
Az Iw En Ru

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın şaxtasında 1-16 mərtəbələrdə 300 poqonometrlik elektrik naqilləri yanıb.

Yanğın zamanı tüstüdən zəhərlənən 7 sakin yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Dörd nəfər binadan təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


23:26 05.04.2016
Xəbər lenti
Bütün xəbərlər