KANAL24.AZ
Az Iw En Ru

Sabah Azərbaycana qar yağacaq

Bakıda arabir yağış yağacağı gözlənilir.

 Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Mülayim qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 4-də arabir yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 11-16, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacaq. 


21:43 03.04.2016