KANAL24.AZ
Az Iw En Ru

Sabahdan qar və yağış geri qayıdır

Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.

Sabahdan ölkə ərazisində hava şəraiti dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir əsən güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 9-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin bəzi yerlərdə dumanlı, çiskinli olacağı, səhər və gündüz şimal və qərb rayonlarından başlayaraq yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Əvvəlcədən edilən xəbərdarlığa görə, aprelin 03-də Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, aprelin 03-ü axşamdan 04-ü səhərədək bəzi yerlərdə yağış yağacağı, intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında aprelin 03-ü gündüzdən 04-ü səhərədək hava şəraitinin qısa müddət qeyri-sabit keçəcəyi, yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. 


20:35 02.04.2016
Xəbər lenti
Bütün xəbərlər