KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 3-də Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, axşamdan aprelin 4-ü səhərədək yağış yağacağı gözlənir. Yağışların intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

 

Azərbaycanın rayonlarında aprelin 4-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağışın dağlıq rayonlarda sulu qar və qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olma ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

 


19:54 01.04.2016
Xəbər lenti
Bütün xəbərlər