KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı rekordlar kitabına düşdü - Fotolar+Video

Uzun illər Ukraynanın Xarkov şəhərində yaşayan Elçin Orucov plastlindən yaratdığı qeyri adı personajlarını animasiya filminə çevirməklə bu sahədə böyük uğurlara imza atıb.

Elçin Orucov “plastlindən ən çox animasiya personajı yaradan insan” kimi Ukraynanın milli rekordlar kitabına düşüb.

Bununla bağlı paytaxt Kiyev şəhərində keçirilən “2016-Ukrayna Milli Rekord Reyestri”nin təqdimat mərasimində Elçin Orucova təşkilatın yüksək nominasiyası təqdim olunub. Tədbridə Ukraynanın gənclər və idman naziri İqor Jdanov çıxış edərək, Ukraynanın rekordlar kitabına düşən qalibləri təbrik edib. E.Orucovun layihəsini bədii dəyərlər baxımından incəsənət, dizayn və animasiya modelləşdirilməsində uğurlu addım kimi dəyərləndirən mütəxəssislər, istedadlı həmyerlimizin yaratdığı Tartoniklər obrazının tezliklə dünya animasiya filimləri sferasına nüfuz edəcəyini vurğulayıblar.

Artıq bir sıra televiziya kanalları gələcəkdə cizgi filmlərinin göstərilməsi ilə bağlı Elçin Orucovun rəhbərlik etdiyi “Tartoniks” studiyası ilə müqavilə bağlayıblar.

 

 

Azərbaycanlı rekordlar kitabına düşdü -  Fotolar+Video
Azərbaycanlı rekordlar kitabına düşdü -  Fotolar+Video
Azərbaycanlı rekordlar kitabına düşdü -  Fotolar+Video
Azərbaycanlı rekordlar kitabına düşdü -  Fotolar+Video
Azərbaycanlı rekordlar kitabına düşdü -  Fotolar+Video
Azərbaycanlı rekordlar kitabına düşdü -  Fotolar+Video

 


19:35 01.04.2016
Xəbər lenti
Bütün xəbərlər