KANAL24.AZ
Az Iw En Ru

Tarixdə bu gün - 1 Aprel

1992-ci il. Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında diplomatik əlaqələr qurulub. 2007-ci ilin mayında Azərbaycanın Niderland Krallığında, 2009-cu ilin oktyabrında isə Niderland Krallığının Azərbaycanda səfirliyi təsis edilib. Niderland Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb.

 

1979-cu il. İran İslam Respublikası elan edilib.

1941-ci ildə hakimiyyətə gələn, İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvi 1979-cu ildə İran İslam İnqilabı nəticəsində devrilib.

 

 

Aprelin 1-i Beynəlxalq Gülüş Günüdür. Bu günün tarixi ilə bağlı bir neçə versiya var. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar, “Ağılsızların günü” adlanan bayramlar təşkil edilib. Həmin gün ölkənin hər yerində insanlar gülür və zarafatlaşırmışlar. 

Daha geniş yayılmış versiyalardan biri isə 1582-ci ildə Roma papası Qriqori tərəfindən hazırlanmış “Qriqori təqvimi” ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayır, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, bəzi insanlar yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük veriblər.

Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilib. Həmin gün adamlar cəzasız qalmaqla, öz hökmdarlarını ələ sala, gündəlik davranış qaydalarını poza bilərdi. “Səfehlər kralı” və ya “Zarafatlar kralı” təyin edər, şənlənər, lətifələr söyləyərdilər. “Səfehlər günü”ndə maska geyinmək qayda idi. Çünki bu halda daha təhlükəsiz “xuliqanlıq etmək” mümkün olurdu.

 

1578-ci il. Tanınmış ingilis əsilli həkim, fizioloq, embrioloq Uilyam Harvey (1578-1657) anadan olub.

İnsanı bədənində qan dövranı sisteminin müasir nəzəriyyəsinin banisi U.Harveyin fiziologiya və embriologiya sahələrində də böyük töhfələri olub.

 

1928-ci il. İsveçrədə həllolunan qəhvənin təntənəli təqdimatı keçirilib. Kofenin 1899-cu ildə yaponiyalı Satori Kato tərəfindən kəşf edilməsinə baxmayaraq, məhz həmin təqdimatdan sonra bu içki dünyada məşhurlaşıb.


19:15 01.04.2016
Xəbər lenti
Bütün xəbərlər