KANAL24.AZ
Az Iw En Ru

Günəş sistemindən kənarda - Planetin temperatur xəritəsi

ASA alimləri ilk dəfə olaraq Günəş sistemindən xaricdə yerləşən bir planetin temperatur xəritəsini çəkməyə müvəffəq olub.

Teleskop vasitəsiylə ədlə edilən məlumatlar alimləri də təəccübləndirib. “55 Kankri”  adı verilən planetin səthi demək olar ki tamamilə lava ilə örtülüdür və burada ən yüksək temperatur 2426 dərəcəni göstərir.

Məlumata görə, yer kürəsindən 40 işıq ili uzaqlıqda yerləşən planet öz oxu ətrafında fırlanmır. Bu səbəbdən “55 Kankri”nin bir tərəfində gündüz digər tərəfində isə həmişə gecə olur. Gündüz tərəfində temperatur 2000 min dərəcədən yüksək, gecə tərəfində isə bu göstərici 1126 dərəcədir.

Yerdən 2 dəfə böyük olan planetin gecə hissəsində lava  bir qədər qatılaşmış formadadır. Digər hissədə isə yüksək temperatur sayəsində lava maye halındadır. Bu fərq planetin səthində temperaturun sirkulyasiya etməsinə də mane olur. Bununla belə elm adamları, “55 kankri”nin üzərində atmosfer təbəqəsinin mövcud ola biləcəyini istisna etmir.

Alimlərin sözlərinə görə, 2018-ci ildə kosmosa göndərilən yeni teleskop sayəsində bu planetin xüsusiyyətləri barədə daha dəqiq məlumatlar əldə etmək mümkün olacaq.

Qeyd edək ki, “55 Kankri”  2004 –cü ildə kəşf edilib.


04:04 01.04.2016