KANAL24.AZ
Az Iw En Ru

Əvvəlcə arvadını daha sonra övladını itirdi

Musiqiçi  Chris Picconun 30 yaşındakı həyat yoldaşı Ashley hamilə idi. Lakin, doğuşa bir neçə həftə qalmış Ashleyin vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılan Ashleyi xilas etmək mümkün olmayıb.

Oğulları Lennon James Picco isə hələ ki, sağ idi. Chris Picco, arvadı hamilə olduğu vaxtlarda körpələrinin musiqi səsinə qarşılıq verdiyini xatırladıqdan sonra oğlu üçün gitarada "Beatles" qrupunun "Blackbird" mahnısını ifa edib. Mahnı bitdikdən sonra isə oğlunun yaşaması üçün dua edib. Amma təəssüf ki, 1 gün sonra oğlu Lennon da həyatını itirib. 


07:31 15.11.2014
Xəbər lenti
Bütün xəbərlər