KANAL24.AZ
Az Iw En Ru

Ağılsızlığın son həddi: - Özünü qarışqalara yem etdi - VİDEO

Qarışqaların insana hücumu hansı nəticəni verə bilər?

Avstraliyada bir gənc  bu suala cavab tapmaq üçün özünü bu balaca canlılara yem etmək qərarına gəlib. Səhralıqda qarışqalarla dolu yerə uzanan Endryu  Ulses bunu etdiyinə sözün əsl mənasında peşman olub.

Burnunu və qulaqlarını əvvəlcədən bağlayan Endryu, yerə uzanar uzanmaz qarışqalar ona hücum çəkib.  27 yaşlı macərapərəst qarışqaların arasında azı 10  dəqiqə gözləməli idi. Amma o, sinir sisteminin verdiyi ağrıdan heç  30 saniyə də davam gətirə bilməyib.

Bədənində gəzişən qarışqalar az qala Edryunun sinir sistemini sıradan çıxaracaqdı.  Sidney sakini 17 saniyə ərzində bədənini bürüyən ağrıya davam gətirməyərək yaxınlıqdakı gölə qaçıb.

Yaşadığı təcrübəni heç kimə məsləhət görməyən Endryu, bir anlıq qarışqaların onu öldürəcəyini düşündüyünü də etiraf edib.


02:43 01.04.2016
Xəbər lenti
Bütün xəbərlər