KANAL24.AZ
Az Iw En Ru

Avtomobil dirəyə və çəpərə çırpılıb, ölən var

Qaradağda qəzaya uğrayan avtomobilin 30 yaşlı sürücüsü ölüb.

Kanal24.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə və yolayırıcı dəmir çəpərlərə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər sürücü - 1985-ci il təvəllüdlü İsgəndərov Natiq Zirəddin oğlunun cəsədini deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:04-də başa çatıb.


00:00 15.11.2014
Xəbər lenti
Bütün xəbərlər