KANAL24.AZ
Az Iw En Ru

London küçələrində şütüyən qızıl kortejli ərəb.. (FOTOLAR - VİDEO)

Bir neçə gün əvvəl London küçələrində, daha doğrusu şəhərin ən bahalı rayonu hesab edilən Mayfair-də və dəbdəbəli otellərin qarşısında qızılla örtülmüş “Lamborghini”, “Bentley”, “Rolls Roys” və altıtəkərli “Mersedes G-63 Galendewagen” avtomobillərini görən sakinlər bu harın əcənəbinin kimliyi ilə maraqlanırdı. Və indi “Daili Mail” tabloidi həmin maşınların sahibinin kimliyini araşdırıb. 
 
Məlum olub ki, öz qızıl avtomobilləri ilə Londona əylənməyə gələn Səudiyyə kral ailəsinin üzvü, şahzadə Türki bin Abdullahdır.
 
Səudiyyəli milyarder öz şəxsi avtoparkı ilə ötən gün Londona istirahətə gəlib. Maşınlar Londonun əsasən varlılar yaşayan Kensinqton rayonunda görünüb. 
 
Daha əvvəl onlar beş ulduzlu "Mandarin oriental" mehmanxanasının qarşısında park olunmuşdu.
 
 
“Daily Mail” səudiyyəli milyarderin superkarların yeni mövsümünün açılışına gəldiyini qeyd edib. Bu dövrdə varlı ərəblər Yaxın Şərqdə olan isti havadan qaçaraq öz bahalı avtomobilləri ilə Britaniya paytaxtına üz tuturlar.
 
Bu son illər tez-tez müşahidə olunur. Küveyt, Səudiyyə Ərəbistanı və Əmirliklərdən olan varlıların öz bahalı maşınlarıyla Londona gəzintiyə gedirlər. Onların maşınlarını əsasən “Qatar Airlines” şirkətinin təyyarələri daşıyır. Şirkət VİP- müştərilərin maşınlarını dünyanın istənilən yerinə daşımaq xidməti təklif edir.
 
 
Bildirilir ki, ərəb şeyxləri Böyük Britaniyaya həftə sonu daha çox gəlir. Şərqdən gələn milyonçular özüylə bahalı maşınlarını da mütləq gətirirlər və onda şəhərin küçələri bahalı idman avtomobillərinin əsl paradına çevrilir.
 
Yerli sürücülər belə bahalı avtomobil sahiblərinin təyin olunmamış yerdə parkinq etdiyinə görə daim hakimiyyət orqanlarına şikayət edirlər. Bəzən bahalı avtomobillər dar London küçələrində hərəkəti məhdudlaşdırır.
 
 
Türki bin Abdullahın qızıl örtüklü maşınlarının qiyməti yüz minlərlə və ya milyonlara funt-sterlinqdir. Məsələn, onun “Lamborghini Avendator” avtomobilinin qiyməti 600 min dollar yaxındır. 
 
Türki bin Abdullah qızıl maşınları ilə kortej halında hərəkət edir. Maşınlardan birini o özü, digərlərini dostları sürür. Buna baxmayaraq şahzadə Londonun elit rayonlarında avtomobillərini park edərkən xəsislik edib və cərimələnib. 
 
“Daily Mail” qeyd edir ki, şeyxin avtomobilləri Naytsbric rayonunda park olunub. Bu rayonda bir saatlıq park xidməti 4.60 funt sterlinqdir. Lakin sürücü iki saatlıq ödəmə edib, maşınlar isə 6 saatdan çox orada qalıb və sürücüyə 80 funt cərimə yazılıb.
 

 
 

 


02:38 01.04.2016
Xəbər lenti
Bütün xəbərlər