KANAL24.AZ
Az Iw En Ru

Stresdən kirpinin iynələri töküldü

Britaniyanın Hartfordşir qraflığında Derek ləqəbli kirpinin stresdən iynələri tökülüb. 
 
İynələrinin yenidən çıxması üçün ona özəl masaj tətbiq olunub. Veterinarların özəl baxımından sonra kirpinin durumu düzəlib. Lenta.ru saytının xəbərinə görə, kirpi yerli evlərdən birinin həyətində atılmış və baxımsız durumda tapılıb. Zoohəkimlər onda alopesiya adlı xəstəliyin əlamətlərini aşkar ediblər ki, bu da ciddi streslər və iynələrin tökülməsi ilə müşayiət olunur. İlkin müdaxilə nəticəsində kirpinin kürəyindəki iynələr bərpa olunmağa başlayıb. 
 
Bu, ötən ilin sentyabrından bu günə qədər çıxan ilk iynələrdir. Amma həkimlər kirpini yenidən vəhşi təbiətə qaytarmağı düşünmürlər. Onlar deyir ki, kirpinin iynələri bərpa olunmamış bunu etmək doğru deyil.

 


02:37 01.04.2016
Xəbər lenti
Bütün xəbərlər