KANAL24.AZ
Az Iw En Ru

Erməni samboçular Bakıya gələcəklər

Ermənistan samboçuları 2015-ci lin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcəklər.

"Armenia Today" saytının verdiyi məlumata görə, bu məsələ Ermənistan Sambo Federasiyasının noyabrın 11-də keçirilmiş iclasında müzakirə olunub.

İclasda kişilər arasında 57 və 90 kiloqram çəki dərəcələrində və qadınlar arasında 52 kiloqram çəki dərəcəsində ən güclüləri müəyyənləşdirmək üçün yarış təşkil etmək qərara alınıb.

Ermənistan Milli Olimpiya Komitəsinin müvafiq maliyyə dəstəyi olacağı təqdirdə, Sambo Federasiyasına Bakıda ən az iki medal qazanmaq tapşırılıb./Trend/


02:35 15.11.2014