KANAL24.AZ
Az Iw En Ru

Erməni general vurulan helikopterin hücum etdiyini - TƏSDİQLƏDİ

Qarabağdakı düşmən ordusunun generalı noyabrın 12-də təmas xəttinin Ağdam istiqamətində vurulan Mi-24 vertolyotunun Azərbaycan mövqelərinə həmlə etdiyini təsdiqləyib.

 Erməni qaynaqlarının yaydığı məlumata görə qondarma “DQR müdafiə naziri” Movses Akopyan bu gün Azərbaycanın işğal altındakı ərazilərində keçirilən “Birlik-2014” hərbi təlimlərinin gedişində jurnalistlərlə söhbəti zamanı bu etirafla çıxış edib. “Vertolyot düşmən mövqelərindən cəmi 20 metr məsafədə vurulub. Hazırda həmin əraziyə yaxınlaşmaq mümkün deyil. Biz Beynəlxalq Qırmızı Xaça müraciət edərək ekipaj üzvlərinin taleyinin aydınlaşdırılmasını xahiş etmişik. Təşkilat cavab verib ki, hazırda bu məsələ ilə məşğuldur” Akopyan bildirib.Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi israrla bildirirdi ki, vertolyot Azərbaycan ordusunun mövqelərinə yaxınlaşmayıb və təhlükəli manevrlər etməyib, yalnız təlim-məşq uçuşları həyata keçirib. Lakin indi düşmən qüvvələrinin generalının vertolyotun Azərbaycan mövqelərindən cəmi 20 metr məsafədə vurulduğunu etiraf etməsi erməni tərəfinin bütün arqumentlərini heçə endirir. Əgər düşmənin Mi-24 hücum vertolyotları Azərbaycan silahlı qüvvələrinin mövqelərinin cəmi 20 metrliyinə yaxınlaşırsa bu, hücum deyil bəs  nədir?

Qeyd edək ki, bundan əvvəl vertolyotun vurulmasını əks etdirən videokadrlarda da iki Mi-24 vertolyotunun Azərbaycan ordusunun postlarının bilavasitə üzərində, alçaqdan uçaraq manevrlər həyata keçirdiyi aydın görünürdü./Virtualaz.org/



00:19 15.11.2014