Rusiyanın Nijnekamsk şəhərinin sakini pəncərədən özünü atarkən təsadüfən yoldan keçən şəxsin üstünə düşüb və onun onurğasını sındırıb.
Kanal24-ün "İnterfaks"a istinadən verdiyi məlumata görə, özünü pəncərədən atan kişinin cəsədi dünən axşam saatlarında tapılıb.
Onun intihar etdiyi güman edilir.
Onurğası sınan şəxs hazırda xəstənadadır.
Faktla bağlı istintaq tədbirləri görülür.