KANAL24.AZ
Az Iw En Ru

Ölkə ərazisindəki hava şəraiti ilə bağlı - Məlumat

Martın 29-u gündüzdən 30-u səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Kanal24-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi martın 30-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq rayonlarda qar yağıb.

Şimal-qərb küləyi əsib, bəzi rayonlarda 20-28 m/s-dək güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-24, Böyük Qafqazda 3-32, Mərkəzi Aran rayonlarında 5-15, Lənkəran-Astara zonasında 1-4, Naxçıvan MR-da 1-2, Kiçik Qafqazda 1-7, Qazax-Gəncə zonasında 1-8 mm təşkil edib.


18:47 30.03.2016
Xəbər lenti
Bütün xəbərlər