KANAL24.AZ
Az Iw En Ru

"CNN Türk" səhvə görə təkzib verəcək

CNN-Türk kanalı vurulan helikopterin Qarabağ ordusuna məxsus olması ilə bağlı yaydığı yanlış xəbərinə görə təkzib verəcək. 

Noyabrın 13-də CNN-Türk kanalı Azərbaycan hərbçilərinin Ermənistan ordusunun helikopterini vurması barədə xəbərdə yanlışlığa yol verib. CNN-Türk kanalının reportajında “Azərbaycan Dağlıq Qarabağ əsgərinə aid helikopteri vurdu” deyə yayınlanması Azərbaycanda da etirazla qarşılanıb.

Xatırladaq ki, bu gün ilk olaraq Azərbaycan mətbuatında ATVxəbər.az saytı CNN-Türk kanalının bu təqdimatı ilə bağlı " http://atvxeber.az/news/world/4642-turk-metbuatinin-bu-cur-teqdimati-irevanda-sevince-sebeb-oldu" başlıqlı yazısıyla etirazını ifadə edib.

Elə bundan sonra əksər media orqanlarımız məsələyə münasibət bildirərək onun ictimailəşməsində əsas rol oynayıblar.

Türkiyə və Azərbaycan media təşkilatları arasında sıx əlaqələrin olduğunu və CNN-Türkün Türkiyəyə məxus TV olduğunu nəzərə alsaq yayımladıqları reportajda Azərbaycanın ərazi bütovlüyünü şübhə altına almaqları arzu edilən hal olmayıb.

Nəhayət ortaya qoyduğumuz qətiyyətli mövqedən sonra CNN-Türk rəhbərliyi nöqsanın İstanbul bürosundan qaynaqlandığını deyərək məsuliyyətdən qaçmağa çalışıb.

Yekun olaraq, kanal rəhbərliyi, Bakı vaxtilə saat 21.30-da CNN-Türk kanalının “Ana xəbər” proqramında təkzib verilməsi ilə  yanlışlıq aradan qaldırılması haqqında göstəriş verib.

 



07:52 14.11.2014