KANAL24.AZ
Az Iw En Ru

Ən gənc "Yeni Yurd"çunun 9 yaşı tamam oldu

Yaşının az olmasına baxmayaraq balaca  Nurəli çox maraqlı həmsöhbətdir.

Onu maraqlı edənsə cəmi 9 yaşında olan bir uşağın yaşına uyğun olmayan biliyi, məlumatlılığı və söhbətləridir. Nurəli Zərifə Əliyeva adına litseyin 3-cü sinfində təhsil alır. Müəllimlərinin sevimlisidir, bu sevgini isə özünün tərbiyəsi, davranışları və təhsilə, öyrənməyə olan bacarıqları ilə qazanıb.

Nurəlinin istedadı və arzuları qədər iddiaları da böyükdür. O, böyüyəndə biznesmen olmaq, böyük bir şirkətin prezidenti olmaq arzusundadır. Deyir ki, mən xalqımızın yaxşı, xoşbəxt və firavan yaşaması arzusundayam.

Əsas məşğuliyyəti kitab oxumaq və ingilis dilini mükəmməl öyrənməyə çalışmaqdır. Oxuduqları və öyrəndikləri onun dünyagörüşünün zənginləşməsinə ciddi təsir göstərir.

Hobbisi idman və digər uşaqlar kimi kompüter oyunlarıdır. Lakin balaca Nurəli hesab edir ki, bu oyunlar da nə isə öyrənməyə kömək etməlidir. Məktəbin ən fəal şagirdlərindədir, bütün dərslərini əla qiymətlərlə oxuyan Nurəli bizə verdiyi müsahibəsində səsləndirdiyi fikirləri ilə heyrətimizə və təəccübümüzə səbəb oldu. Onun düşüncəsi və mühakimələri yaşından çox-çox irəlidədir, böyükdür...

Xatırladaq ki, Nurəli "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə xanım Əsədovanın oğludur.

Kanal24.az kollektivi adından Nurəlini səmimiqəlbdən təbrik edir. Ona can sağlığı, dərslərində müvəffəqiyyət arzulayırıq. Doğum günün mübarək Nurəli!

 

Fotoları təqdim edirik..

 


17:20 16.03.2016
Xəbər lenti
Bütün xəbərlər