KANAL24.AZ
Az Iw En Ru

Futbolçularımızın pivə, siqaret, qəlyan keyfi-FOTO

Azərbaycan Premyer Liqasında çıxış edən legioner futbolçuların görüntüləri yayılıb.
ANS PRESS-in məlumatına görə, Fanat.az-a göndərilən fotoda legioner futbolçuların necə əyləndikləri aydın görünür.

Qonaqlıqda “Xəzər Lənkəran”da çıxış edənlər üstünlük təşkil edir: Vilyam Tyeqo, Vanderson Skarduelli, Adrian Pit, Adrian Skarlatake, Tieqo de Xesus. Bundan əlavə, “Qarabağ”ın oyunçularından Riçard Almeyda və Emeka Opara da əylənənlər arasındadı.

Diqqəti çəkən əsas məsələ isə, stolda pivə butulkalarının, siqaret paçkalarının və bu da azmış kimi qəlyanın olmasıdı. Belə görünür ki, Azərbaycana gələn ligioner futbolçular, futboldan daha çox əylənməyə üstünlük verilər. Bu əyləncələrini də heç kimdən çəkinməyərək rahatca paylaşırlar.


06:06 11.11.2014
Xəbər lenti
Bütün xəbərlər