KANAL24.AZ
Az Iw En Ru

Salyanda 2 azyaşlı zəhərlənib

   Salyanda bir gündə 2 uşaq zəhərlənib. Rayonun Marışlı kənd sakini, 4 yaşlı Nərmin Emin qızı Əliyeva boya suyu içərək zəhərlənib.

   Daha bir zəhərlənmə hadisəsi rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 4 yaşlı Rəhman İlham oğlu Səmədov rəng həlledicisi içərək zəhərlənib.

   Hər iki xəstə Salyan Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib. 


03:45 05.03.2016