KANAL24.AZ
Az Iw En Ru

Xəzər rayonunda 8, Xətaidə 3 otaqlı mənzil yanıb

Gündüz saatlarında Bakının Xəzər və Xətai rayonlarında yanğın faktları qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Kanal24.az-a verilən məlumata görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan ikimərtəbəli (hər mərtəbəsi 56 kv.m) 8 otaqlı evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 56 kv.m sahədə, birinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın faktı Xətai rayonunda baş verib. Üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 61 kv.m olan 3 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 12 kv.m sahədə və ev əşyaları yanıb, otaqların giriş qapıları qismən qarsalanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


03:42 05.03.2016