KANAL24.AZ
Az Iw En Ru

Bakıda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub

   Bu gün aeroport yolunda 160 saylı marşrut avtobusla “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində xəsarət alan şəxslərin adları müəyyənləşib. Bu barədə "Report"a Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib. 

   Məlumata görə, xəstəxanaya gətirilən 21 yaralıdan 13 nəfəri evə buraxılıb. Ancaq 8 nəfərin - Məmməd Abbasov, Faiq Cabbarov, Şərəf Həsənov, Sergey Məcidov, Məlikməmməd Şükürov, Həsrət Hüseynov, Samirə Əliyeva, Zərintac Sadıqova xəstəxana şəraitində müalicəsi davam etdirilir. Xəsarət alanlardan biri reanimasiyadadır, ancaq bununla belə, onun və digərlərinin vəziyyəti stabildir.


03:37 05.03.2016