KANAL24.AZ
Az Iw En Ru

Bakıda məcburi köçkünlərin binası yandı

Fövqəladə Hallar Nazirliyi məcburi köçkünlərin binasında baş verən yanğınla əlaqədar açıqlama yayıb.

Kanal24.az FHN-in saytına istinadən bildirir ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının (hazırda məcburi köçkünlər məskunlaşıb) 1-ci mərtəbəsində ümumi sahəsi 70 kv.m olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 12 kv.m sahədə yanıb və yüksək temperaturdan digər otaqda olan 1 ədəd televizor və kondisioner əriyib.

Digər otaqlar yanğından mühafizə olunub. Yanğın saat 14:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 


23:56 04.03.2016
Xəbər lenti
Bütün xəbərlər