KANAL24.AZ
Az Iw En Ru

Fransızlar mətbuatda "Qarabağ"ı Ermənistan klubu kimi təqdim etdilər - Foto

Fransanın "Sent-Etyen" klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri də son Azərbaycan çempionu "Qarabağ"dır. Yerli "Ekip" (www.lequipe.fr) nəşri də bu gün "ağ-yaşıllı" komandanın qrupdan çıxmaq şanslarını təhlil edən yazı dərc edib.

 

Kanal24.az İnterAz-a istinadən xəbər verir ki, həmin yazıda qrupdakı digər komandalarda olan "İnter" (İtaliya) və "Dnepr"in (Ukrayna) hansı ölkəyə mənsub olduğu düzgün göstərilsə də, "Qarabağ"la bağlı informasiya düzgün yerləşdirilməyib. Hər zaman mənfur qonşularımız ermənilərin və onların ölkəsinin tərəfini saxlayan fransızlar bu dəfə də öz çirkin niyyətlərini gizlətməyiblər. Belə ki, həmin yazıda "Qarabağ" Azərbaycanın yox, məhz Ermənistan klubu kimi təqdim olunub.

 

 
 
 
 
 
 

00:04 07.11.2014