KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan üzgüçüləri Qran-pri yarışlarında 9 medal qazanıblar

Fevralın 23-cən 29-dək Hollandiyanın Haaqa şəhərində keçirilən paralimpiyaçılar arasında üzgüçülük üzrə Qran-pri yarışları başa çatıb. Azərbaycan idmançıları turnirdə 5-i qızıl, 4-ü gümüş olmaqla ümumilikdə 9 medal qazanıblar.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, 100 metr sərbəst üsulla üzmə (krol) növündə Roman Saley gümüş, Dmitriy Saley qızıl, 400 metr məsafəyə üzmədə isə Roman Saley qızıl medal qazanıb.

Beləliklə, yarışlarda idmançılarımız 12 növdən 9-da fərqləniblər.

 

15:15

Bakı, 28 fevral, AZƏRTAC

Azərbaycan üzgüçüləri Hollandiyanın Haaqa şəhərində keçirilən Qran Pri yarışlarında 4 medal qazanıblar.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, Komitənin üzgüçülük idman növü üzrə idmançılarının 23-29 fevral 2016-cı il tarixlərində Hollandiyanın Haaqa şəhərində keçirilən Qran Pri yarışlarında uğurlu çıxışları davam edir.

100 metr baterflay üsulu ilə yarışda Roman Saley 59.02 nəticəsi ilə gümüş, Dmitriy Saley 58.07 nəticəsi ilə qızıl, 200 metr kompleks üsulu ilə Dmitriy Saley 2:15.70 nəticəsi ilə qızıl, bel üstə Roman Saley 1:02.33 nəticəsi ilə gümüş medalları qazanıblar.

Yarışlar davam edir.


07:00 28.02.2016