KANAL24.AZ
Az Iw En Ru

"Olimpiakos" çempionluğu rəsmiləşdirdi

   Yunanıstan superliqasında 2015/2016 mövsümünün qalibi müəyyənləşib.

   "Olimpiakos"  24-cü turda "Beroa"ya 3:0 hesabı ilə qalib gələrək yarışın bitməsinə 6 tur qalmış çempionluğu təmin edib.

   Xalını 67-yə yüksəldən "Olimpiakos" ən yaxın izləyicisi AEK-i 21 xal geridə qoyub və rəqibləri üçün əlçatmaz olub.

   Bununla da sözügedən klub tarixində  43-cü dəfə ölkə çempionu olub.


03:33 29.02.2016
Xəbər lenti
Bütün xəbərlər