KANAL24.AZ
Az Iw En Ru

Qurban Qurbanov: “Hər oyun bizim üçün vacibdir”

Hər oyun bizim üçün vacibdir. Eləcə də “Dnepr” ilə keçirəcəyimiz oyun. Amma buradakı qarşılaşma bizim üçün çətin olacaq. Çətin oyun olsa da yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Kanal24.az xəbər verir ki, bu sözləri Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 6-da keçiriləcək “Dnepr” ilə qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Qurban Qurbanov əlavə edib: “Bilirik ki, “Dnepr” bizdən revanş almaq istəyir. Onların xala ehtiyacı var. Ona görə də bizim üçün çətin olacaq. Futbolçular çalışmalıdır ki, diqqətləri oyunda olsun”.
Komandanın qapıçısı İbrahim Şehiç isə oyunla bağlı deyib: “Avropanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. “Dnepr”in ötən mövsümdəki oyunlarına baxmışam. Rəqiblərimizin oyunlarına daha çox baxmağa çalışıram”.


21:03 06.11.2014