KANAL24.AZ
Az Iw En Ru

"Fənərbağça" moskvalıları məyus etdi

Bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində "Fənərbağça" Moskvada "Lokomotiv"in qonağı olub.

Kanal24.az-ın məlumatına görə, oyunda hesab birinci hissənin son dəqiqələrində Aleksandr Səmədovun dəqiq zərbəsi ilə açılıb.

Lakin meydan sahiblərinin bundan artığına gücü çatmayıb. Əvəzində Mehmet Topal 83-cü dəqiqədə hesaba tarazlıq gətirib -1:1.

Bu nəticə ilk oyunda "Lokomotiv"i 2:0 hesabı ilə məğlub edən "Fənərbağça"nı 1/8 finala yüksəldib.


05:23 26.02.2016