KANAL24.AZ
Az Iw En Ru

Məmmədyarov da namizədliyini verdi

Xarici işlər naziri Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsi üzvlüyünə namizəd olub.

Kanal24.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, E.Məmmədyarovun namizədliyi Ümumazərbaycan Futbolsevərlərinin İctimai Birliyi tərəfindən irəli sürülüb.

O, ilk dəfə İcraiyyə Komitəsində yer almaq üçün mübarizə aparacaq.

Əvvəlki üzvlərdən isə ən azı ikisi yeni tərkibdə yer almayacaq. "İnter"in fəxri prezidenti Cahangir Hacıyev hazırda həbsdədir, Hafiz Məmmədovun prezidenti olduğu "Bakı" klubu isə I Divizionda çıxış edir.

Ümumiyyətlə, İcraiyyə Komitəsinə 10 üzv 13 namizəd arasından seçiləcək. Yalnız Peşəkar Futbol Liqasına ayrılan 4 yerə 5 nəfərin namizədliyi irəli sürülüb. Onlardan "Qarabağ" tərəfindən irəli sürülmüş baş məşqçi Qurban Qurbanovla "Xəzər Lənkəran" tərəfindən irəli sürülmüş vitse-prezident Tuyqun Nadirov yenidir. Qurbanovla Nadirovu Rauf Əliyev (AZAL), Vaqif Sadıqov ("Sumqayıt") və Elşad Nəsirov ("Neftçi") ilə rəqabət gözləyir.

Regional Futbol Federasiyaları İctimai Birliyinə ayrılmış 2 yerə veteran futbolçular Kazbek Tuayevlə (RFF) İsgəndər Cavadovun (Şimal Regional Futbol Federasiyası) namizədliyi irəli sürülüb.

Sahə Futbol Federasiyaları 2 yerini Mahir Məmmədov (Azərbaycan Futzal Federasiyası) və Mirkamil Rəhimova (Uşaq və Gənclər Futbol Federasiyası) verib.

İctimai Futbol Təşkilatlarının 2 yeri isə Elmar Məmmədyarov (Ümumazərbaycan Futbolsevərlərinin İctimai Birliyi) və Firudin Qurbanova (Futbol Hakimləri İctimai Birliyi) verilib.


03:54 26.02.2016
Xəbər lenti
Bütün xəbərlər