KANAL24.AZ
Az Iw En Ru

Sloveniya klubunun baş məşqçisi azərbaycanlı futbolçudan danışdı

   Samir Məsimovun çıxış etdiyi Sloveniyanın "Domjale" klubunun baş məşqçisi Luka Elsner yerli mətbuata açıqlamalar verib.

   Xəbər verir ki, "Domjale"nin çalışdırıcısı Samir Məsimovun transferi ilə bağlı bu sözləri bildirib: "Samir Məsimov axtardığım futbolçu idi. Sürətli futbolçudur. Məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Həm müdafiədə, həm də hücumlarda cəld davranır. Məsimovun gəlişi bizim komandaya xeyirli olacaq".

   Qeyd edək ki, Sloveniya çempionatının 2-ci dövrəsi 28 fevral tarixində start götürəcək.


21:25 25.02.2016