KANAL24.AZ
Az Iw En Ru

"Banan" qalmaqalı

FIFA UEFA-nın İtaliya Futbol Federasiyasının (İFF) prezidenti Karlo Tavekkioya qarşı sanksiyalarını genişləndirib. "İnterfaks"ın verdiyi məlumata görə, buna səbəb onun seçki kampaniyası zamanı irqçilik ifadələri olub.

Məlumata görə, K.Tavekkio FIFA ilə bağlı istənilən fəaliyyətdən 6 ay müddətinə uzaqlaşdırılıb. UEFA oktyabrın 7-də İFF prezidentini 6 ay müddətinə diskvalifikasiya etmişdi.

Xatırladaq ki, K.Tavekkio iyulun sonunda bəyan etmişdi ki, İtaliyada xeyli sayda legioner var: "İtaliyaya şərti "Opti Poba" gəlir. O, hələ dünən banan yeyirdi, bu gün isə "Latsio"nun birinci komandasının futbolçusudur".

İtaliyada "Opti Poba"nın "Yuventus"un oyunçusunun olduğunu güman ediblər.

Sonradan K.Tavekkio dediyi sözlərdən imtina etmişdi: "Heç kəsin xətrinə dəymək istəmirdim və "banan" sözünü işlətməmişəm".


00:47 06.11.2014
Xəbər lenti
Bütün xəbərlər