KANAL24.AZ
Az Iw En Ru

TEMPUS proqramı çərçivəsində tədbir keçirilib

Kanal24.az xəbər verir ki, oktyabrın 6-da “Qafqaz Point” otelində Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində reallaşdırılan “İsrail, Azərbaycan və Qazaxıstanda ekosistemlərin monitorinqi məqsədilə məsafəli zondlama tətbiqi sahəsində təhsilin inkişaf etdirilməsi” (SESREMO) layihəsi ilə bağlı tədbir keçirilib.
Layihədə dünyanın ayrı-ayrı ölkələrindən olan 12 ali təhsil müəssisəsi və 3 elmi mərkəz, o cümlədən Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Berlin Texniki Universiteti (Almaniya), Tvente Universiteti (Hollandiya), Tallinn Texnologiya İnstitutu (Estoniya), Tel-Aviv Universiteti (İsrail), Əl Farabi adına Milli Universitet (Qazaxıstan) iştirak ediblər.


23:19 06.10.2014
Xəbər lenti
Bütün xəbərlər