KANAL24.AZ
Az Iw En Ru

Bill və Hillari Klintonlar 153 milyon dollar qazandılar

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton son 14 ildə yalnız çıxışlarla 153 milyon dollardan çox pul qazanıblar.

 

Həmin müddətdə Klintonlar ümumilikdə 729 dəfə çıxış ediblər. Bu çıxışların hər birinə görə onlara orta hesabla 210,8 min dollar ödənilib.

Hesablamanı aparan SNN telekanalının məlumatına əsasən, cütlük, həmçinin Goldman Sachs və UBS kimi bankların əməkdaşları qarşısında 39 çıxışa görə 7,7 milyon dollar qonorar alıb. Hillari Klintona 8 belə çıxışdan 1,8 milyon dollar qazanıb.

Keçmiş birinci xanımın seçkiqabağı qərargahı 2015-ci ilin iyulunda son 8 ildə Klintonların gəlirinin 140 milyon dollar olduğuna dair məlumat dərc edib. 2007-ci ildən bəri cütlük federal vergi qismində ölkə büdcəsinə 44 milyon dollar pul köçürüb. Klintonlar, həmçinin bu müddət ərzində şəxsi gəlirlərinin təxminən 15 milyon dollarını xeyriyyəçiliyə xərcləyiblər.


02:51 07.02.2016
Xəbər lenti
Bütün xəbərlər