KANAL24.AZ
Az Iw En Ru

Rusiya və NATO görüşə hazırlaşır

Rusiya və NATO arasında münasibətlərin soyuqlaşması vaxtından sonra ölkələr ilk görüşlərini keçirməyə hazırlaşırlar. Bu barədə Trend Gazeta.ru-ya istinadən verir.

Xarici İşlər nazirliklərinin daimi nümayəndələr səviyyəsində keçiriləcək görüş barəsində Rusiya Müdafiə nazirinin müavini Anatoliy Antonov bildirib.

Hər iki ölkə yığılmış məsələlərin müzakirəsi üçün əlaqələrin olmasının əhəmiyyətini dərk edir. Gazeta.ru yazır ki, əlaqələrin real yaxşılaşması Rusiya ilə NATO-da əsas oyunçu sayılan ABŞ-la Suriya üzrə əməkdaşlığın yaxınlaşmasından asılıdır.

Planlaşdırılan görüş baş tutarsa, bu, RF ilə hərbi alyans arasındakı ilk rəsmi əlaqə olacaq.


21:08 06.02.2016
Xəbər lenti
Bütün xəbərlər