KANAL24.AZ
Az Iw En Ru

Aygün İlhamənin Hacı Məmmədovla əlaqəsini üzə çıxardı

Xalq artistləri İlhamə Quliyevayla Aygün Kazımova arasında yaşanan qalmaqal böyüməyə başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Aygün İlhamə Quliyevanın onunla bağlı verdiyi açıqlamaya münasibət bildirib.

O, İlhamə Quliyevanı anasını döyməkdə ittiham edib:

"İlhamə Quliyeva, bədbəxt sizin bəlli olmayan nəslinizdir! Anasını hər gün döyən, axırıncı dəfə elə döydü ki, yazıq arvad pilləkənlardan yıxıldı ayağı sındı. Heç sağalmadı da. Elə ondan sonra da rəhmətə getdi. Bəs bilmirdin ki, bir gün sənin də ayaqların tutulacaq?! 5 metr yeriyə bilmirsən ee. Anasına deyirdi ki, ağla-ağla efirdə, qışqırırdı üstünə. Ağla ki, bəlkə, Prezident sənə ev verdi.

Aygün Kazımova İlhamə Quliyevanın “onun ağlı başında deyil” sözünə də reaksiya verib:

"Ağlı başında olmayan isə sənin oğlun kimi hamıya tanıtdığın oğulluğun Orxandır. Narkotik, psixotrop maddələrin satışı və yayımı ilə məşğul olan oğlun. Neçə müddət öncə tutulan və bu yaxınlarda yenə hava limanında saxlanılıb bölməyə gətirilən oğulluğunuzdur. İlhamə Qarabulağlı soyadı ilə Qarabulaqda asılan plakatınız və adam oğurluğu ilə həbs olunan Hacı Məmmədov adlı yaxın dostunuzu deyəsən yaddan çıxartmısınız. Həəə?? Bəlkə elə bu işlərdə sizin də əliniz olub,? Yaxın dostunuzun adı da o siyahıda idi. Oğurlananlar siyahısını da unutmusunuz? Qocalıq əlamətidir. Yadına daha geniş müsahibəmdə salaram".

Qeyd edək ki, İlhamə Quliyevanın Hacı Məmmədovla fotosunu da Aygün Kazımova yayıb.


21:33 03.02.2016