KANAL24.AZ
Az Iw En Ru

Onlar ağ parçaya bürünüb prokurorluğa getdilər

Fevralın 3-ü səhər saatlarında bir qrup şikayətçi Baş Prokurorluq binasının önündə aksiya keçirib. Şikayətçilər Korrespondent.az-ın olay yerində olan müxbirinə bildiriblər ki, problemlərinin həll edilməməsindən narazıdırlar. Vətəndaşların əsas tələbləri yenidən Baş prokuror Zakir Qaralovla görüşməkdir. Onların bəziləri “kəfən” geyinərək problemlərinə göz yummalarına etiraz ediblər.
 
Vətəndaşlar deyir ki, uzun müddətdir Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq vəzifəli şəxslər onların problemlərinin həll edilməsi istiqamətində heç bir real addım atmır.
 
Korrespondent.az olay yerindən fotoları təqdim edir:
 







19:05 03.02.2016