KANAL24.AZ
Az Iw En Ru

Şəmkir 2016-ci ilin “Gənclər paytaxtı” seçilib

Onlayn səsvermənin nəticələri açıqlanıb

 

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Gənclər Günü tədbirində “Gənclər paytaxtı” ilə bağlı onlayn səsvermənin nəticələrinə əsasən Şəmkir şəhəri 2016-cı ilin "Gənclər Paytaxtı" seçilib.

Bu seçim Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilir. “Paytaxt” seçilmiş şəhərin gənclərinin regionun ictimai, siyasi və mədəni həyatında daha fəal iştirakı təmin edilir.

Xatırladaq ki, “Gənclər Paytaxtı”nın seçimləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə, Təşkilat Komitəsi təqdim edilən sənədlər əsasında səsvermədə iştirak edəcək regionların siyahısını tərtib edir, ikinci mərhələdə isə internet səsvermə yolu ilə “Gənclər Paytaxtı” seçilir.

 


06:43 03.02.2016