KANAL24.AZ
Az Iw En Ru

Sumqayıt Dövlət Universiteti daha bir uğura imza atdı

Kanal24.az xəbər verir ki, bu gün Sumqayıt Dövlət Universiteti daha bir uğura imza atıb.

Beləki, universitetin rektoru Elxan Hüseynovun icazəsi ilə tələbə təşəbbüsünə dayanaraq yaradılan "Ritorika klub"un açılış tədbiri çoxsaylı tələbələrin marağına səbəb oldu.Tədbirdə İdarə Heyətinin üzvləri çıxış edərək dəvət olunan tələbələri Ritorika Klubun fəaliyyət sahələri ilə yaxından tanış etdilər.Məlum oldu ki,universitet nəzdində yaradılan bu klub 12 sahə üzrə fəaliyyət göstərəcək.Həmin 12 fəaliyyət sahəsinə Layihələr Departamenti,Filosoflar Federasiyası,Fiziklər Cəmiyyəti, Rəngli İdealar Akademiyası ( CİA),Yazıçılar Birliyi, Həvəskar Jurnalistlər İttifaqı, Biznes Klub, Mədəniyyət və İncəsənət Akademiyası, Politoloqlar Universiteti,Tarixçilər klubu və Qladiator Debatları aiddir. Nəzərinizə çatdırmaq istərdik ki, Sumqayıt Dövlət Universiteti Qladiator Debatlarının təmsil olunduğu ilk universitetdir və QD rəhbərliyinin bu əməkdaşlığa razılıq verməsi hər iki tərəfdən gənclərimizin fərdi inkişafına istiqamətlənib. Beləliklə Sumqayıt Dövlət Universiteti bu gün bir deyil bir neçə uğura imza atmış oldu.Tələbələrin asudə vaxtının dəyərləndirilməsinə yönəldilmiş bu fəaliyyət sahələri onların yalnız tələbəlik illərinin məhsuldar olmasına deyil sonrakı həyatlarında da uğurlu kariyeraya sahib olmalarına bilavasitə kömək etmiş olacaq. Tədbirdə klubun yaradılmasında əməyi keçən təşəbbüskar tələbələr Nurlan Səmədli, Arzu Nəbizadə, Bəhruz Bayramov və Elvin Gülməmmədov öz çıxışları ilə davamçıları olacaq gənclərə bir sıra töhvələr verdilər. Ritorika Klubun təlimçi bazasının yaradılmasında dəstəyi olan Best Friends Təhsil və Kariyera Mərkəzinin, Universal Təhsil və Kariyera Mərkəzinin, İnnovativ İnkişaf Mərkəzinin adı xüsusi vurğulandı. İlk təlim isə Best Friends Təhsil və Kariyera mərkəzinin təşkilatçılığı ilə Elvin Dadaşovun təqdimatında keçirildi. Yekunda üzv olacaq şəxslərin öhdəlikləri xatırladıldı. İştirak edən hər bir tələbə tanıtım seminarı və təlimdən məmnunluq duyduqlarını qeyd edərək Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə təşəkkür etdiklərini bildirdilər. Biz də Ritorika Kluba bu uğurlu başlanğıclarının davamlı olmasını diləyirik

                                                                                                                    Samir Aslan

                                                                                                                     "Kanal24"


04:02 03.11.2014
Xəbər lenti
Bütün xəbərlər