KANAL24.AZ
Az Iw En Ru

Paytaxtda hava çiskinli, rayonlarda qarlı olacaq

Sabah paytaxtda hava çiskinli, rayonlarda qarlı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Kanal24-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam çiskinli olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz , gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə yanvarın 19-da hava şəraitinin əsasən səhər və axşam şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.


19:35 18.01.2016
Xəbər lenti
Bütün xəbərlər