KANAL24.AZ
Az Iw En Ru

55 yaşlı kişi özünü öldürüb

Bakıda intihar hadisəsi baş verib.
 
   Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsi, A. Qasımov küçəsi, ev-27 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1959-cu il təvəllüdlü Boldiryev Aleksandr Vladimroviç yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

17:30 31.10.2014