KANAL24.AZ
Az Iw En Ru

Polisə basqın edən şəxs tutulub

ABŞ-ın Pensilvaniya ştatında ölkənin ən təhlükəli cinayətkarlardan biri olan Erik Freyn tutulub, ABŞ hökumətinin məlumatına görə, o, polisə hücumu təşkil edib, təxminən bir nəfəri öldürüb və digərini yaralayıb.

Bu barədə yerli hakimiyyətin məlumatına istinadən İTAR-Tass xəbər verir.

"Mən təsdiq edə bilərəm ki, biz Erik Freyni həbs etmişik. Ətraflı məlumat daha sonra veriləcək", - ştatının polis rəsmisi Konni Divens jurnalistlərə bildirib.

Hüquq-mühafizə orqanlarının mindən çox əməkdaşı təxminən iki ay ərzində Freyni axtarıblar. O, sentyabr ayında pusqudan asayiş keşikçilərinin üstünə hücum edəndən sonra, onun axtarışı başlanılıb. Nəticədə hüquq-mühafizə orqanlarının bir əməkdaşı öldürülüb, digəri ağır xəsarət alıb. Bundan sonra qatil meşədə gözdən itib.

Freyn ABŞ Federal təhqiqatlar bürosu tərəfindən tərtib edilən, ölkənin on ən təhlükəli cinayətkarların siyahısına salınıb.

Müstəntiqlər müəyyən ediblər ki, o, asayiş keşikçilərinə hücumu bir neçə il planlaşdırıb. Freynin rəhbər tutduğu səbəblər, hələlik məlum deyil. Freyn saxlanılarkən onun üzərindən odlu silah götürülüb.


15:00 31.10.2014