KANAL24.AZ
Az Iw En Ru

Avtobus yük avtomobili ilə toqquşub

Binəqədidə avtobus yük avtomobili ilə toqquşub, 1 nəfər xəsarət alıb.

Kanal24.az xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda “İVECO” markalı sərnişin avtobusu yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış yük avtomobili ilə toqquşub. Nəticədə, avtobusun sürücüsü xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


06:30 31.10.2014